Ötən ayın ən yaxşıları bəlli oldu
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşılarının adları açıqlanıb. SportLine.az xəbər verir ki, ən yaxşı məşqçi nominasiyasında "Çelsi"nin çalışdırıcısı Antonio Konte qalib olub. Onun komandası ötən ay keçirdiyi hər üç görüşdə qələbə qazanıb.
Ötən ayın ən yaxşı futbolçusu adına “Çelsi”nin hücumçusu Dieqo Kosta layiq görülüb. O, noyabrda 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən yaxşı qolun müəllifi də “Çelsi”nin futbolçusudur. Bu, “Tottenhem”lə matçda fərqlənən Pedro Rodrigesdir.