Oyun zamanı 19 futbolçu koronavirusa yoluxdu

Futbol üzrə Bolqarıstan çempionatında futbolçular arasında koronavirusa kütləvi yoluxma baş verib.

Sportline.az  "Sportstar"a istinadən xəbər verir ki, iyulun 2-də Tsarsko Selo və Çerno More (1: 4) oyunundan əvvəl, meydan sahiblərinin müdafiəçisi Martin Kavdanskinin koronavirus testi səhvliklə neqativ nəticələnib və o start heyətdə yer alıb.

Matçdan sonra Tsarskoe Selo klubunun 3 oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanıb. Çyornoe More klubu isə oyunçuların arasında 16 nəfərin yoluxduğunu bildirib.

Kavdanskini testdən keçirən laboratoriya əməkdaşları səhv etdiklərini etiraf ediblər.