Oyunun ən yaxşı müəyyənləşdi

Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən Xorvatiya - Şotlandiya matçının (3:1) ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, Xorvatiya millisinin üzvü Nikola Vlaşiçdir.

Qeyd edək ki, SSKA-nın (Rusiya) yarımmüdafiəçisi sözügedən görüşdə ilk qolun müəllifi olub.