Ozancanın millidən imtina xəbərinə aydınlıq gətirildi
"İngiltərə klublarına keçidi gündəmdə olan futbolçu Ozancan Kökçü yox, onun kiçik qardaşıdır". Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. M.Nərimanoğlu bildirib ki, futbolçunun atası onunla əlaqə saxlayan AFFA rəsmilərinə Ozancanın Azərbaycan yığmasından imtina etmədiyini söyləyib: "Atası dedi ki, İngiltərə mətbuatı qardaşları səhv salıb".