Özil Bakıya gələcək

Almaniya millisinin üzvü Mesut Özil zədəsini sağaltmaqdadır. Sportline.az xəbər verir ki, o, məşq vaxtı aldığı zədədən yaxa qurtarmaq üzrədir.  29 yaşlı yarımmüdafiəçi baldır sümüyündəki ağrı üzündən "Vest Bromviç"lə Premyer Liqa matçını buraxsa da, bu gündən Bundestimin düşərgəsindədir. Özilin martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda millimizlə seçmə qrup oyununda iştirak edəcəyi bildirilir.