Özil ən yaxşı seçildi

Almaniyada ötən ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. SportLine.az xəbər verir ki, Almaniya Futbol Federasiyasının saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səslərin 54.5 %-ini toplayıb. "Real"ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33.9 %), "Köln"ün futbolçusu Yonas Hektor üçüncü (4 %) olub.