“Özüm vidalaşmağa hazır olanda oynamağı dayandıracağam"

Mohamed Salah futboldan gedəcəyi vaxt haqqında danışıb. 

Sportline.az xəbər verir ki, misirli ulduz "Sky Sports"a müsahibəsində bu fikirləri səsləndirib;

“Özüm vidalaşmağa hazır olanda oynamağı dayandıracağam. Fikrimi soruşsanız, düşünürəm ki, 39 və ya 40 yaşıma qədər oynaya bilərəm. Amma bacarmadığımı hiss etsəm, karyeramı daha tez başa vuracağam. Mən çox şeyə nail olmuşam.

"Liverpul"la müqaviləm sona çatırdı və mən Səudiyyə Ərəbistanına gedəcəkdim. Lakin biz "Liverpul"la müqaviləni yenilədik".

Qeyd edək ki, Salahın hazırda 32 yaşı var.