Palmer: "Hər oyunda qələbə qazanmayacağımızı bilirik"

"Çelsi"nin ulduz futbolçusu Koul Palmer "Fulhem" matçı sonrası jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, "Sky Sports"a müsahibə verən Palmer bu fikirləri səsləndirib;

"Hər oyunda qələbə qazanmayacağımızı bilirik. Mareskanın "Çelsi"də ilk mövsümüdür. Onun sisteminə adaptasiya olmağa çalışdırıq. Onun sayəsində oyunumuz inkişaf elədi. Zamanla daha yaxşı olacağımıza inanıram", - deyə Palmer bildirib.

Qeyd edək ki, "Çelsi" öz meydanında "Fulhem"ə 1:2 hesabı ilə məğlub olub.