“Palmeyras”dan yeni transfer

“Vulverhempton”un futbolçusu Con Arias yenidən Braziliya çempionatına qayıdıb.

Sportline.az xəbər verir ki, kolumbiyalı vingerin yeni klubu “Palmeyras” olub. Bu barədə Braziliya A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.

“Palmeyras” futbolçunun transferi üçün İngiltərə klubuna 25 milyon avro ödəyib. 28 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.