"Panatinaikos" - "Qəbələ" görüşü canlı yayımlanacaq
UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" oyunu canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər görüşü "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, Afinada oynanılacaq matçın start fiti sabah (27 iyul) Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.