"Panatinaykos"un yeni baş məşqçisi bəlli oldu
"Panatinaykos"un rəhbərliyi klubun sükanı arxasına Rafael Benitezi gətirib.
Sportline.az xəbər verir ki, bu haqda Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
65 yaşlı mütəxəsis klubla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rafael Benitez baş məşqçlik karyerası ərzində daha əvvəl "Vilyareal", "Valyodolid", "Osasuna", "Ekstermadura", "Tenerife", "Valensiya", "Liverpul", "İnter", "Çelsi", "Napoli", "Real Madrid", "Nyukasl Yunayted", "Dalian Professional", "Everton" və "Selta Viqo" kimi klublarda işləyib.