Paris 2024: İtaliya və ABŞ millisi bürünc medal uğrunda görüşə çıxacaqlar

Paris 2024 Yay Olimpiya Oyunlarında kişilərin voleybol yarışlarında medalçılar müəyyənləşməkdədir.

Sportline.az xəbər verir ki, bu gün üçünçülük uğrunda görüşdə İtaliya və ABŞ milliləri qarşı qarşıya gələcəklər. Qarşılaşmanın start fiti 18:00-da səslənəcək.

Qeyd edək ki, yarışın finalında isə ev sahibi Fransa ilə Polşa seçməsi qarşılaşacaq.Bu oyun sabah saat 15:00-da keçiriləcək.

Xatırladaq ki, Tokiyoda keçirilən son Olimpiya Oyunlarının qalibi Fransa komandası olub.