Paris Olimpiadasının vaxtı məlumdur

2024-cü ildə Fransanın Paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb. Olimpiya Oyunları 26 iyul – 11 avqustda, Paralimpiya Oyunları isə 28 avqust – 8 sentyabrda təşkil ediləcək.

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.