Park Bulvarda böyük robot və əyləncə şousu
16 yanvar | 18:00 – 20:00
Sizi və övladlarınızı Park Bulvarda texnologiya, oyun və sürprizlərlə dolu möhtəşəm bir tədbirə dəvət edirik!
Bu gün sizi nələr gözləyir?
FRC robotunun canlı təqdimatı
Robot simulyasiya yarışları. Özünüz sınaqdan keçirin!
Qarabağ FK-nın Kəhəri və Şokki Moki maskotu ilə görüş və şəkil çəkdirmə
Əyləncəli oyunlar və interaktiv fəaliyyətlər
Hədiyyələr, sürprizlər və xüsusi endirimlər qazanmaq şansı!
Bu tədbir bütün ailə üçün nəzərdə tutulub. Uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici, valideynlər üçün isə ilhamverici olacaq.
Gəlin, texnologiya ilə əyləncənin birləşdiyi bu unutulmaz robot şousunu birlikdə yaşayaq!
