"Partizani" - "Qarabağ" görüşü canlı yayımda

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" - "Qarabağ" oyunu canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, Albaniyadakı qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq. 

Qeyd edək ki, iyulun 10-da Tirananın "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" matçı Bakı vaxtı ilə 19:30-da başlanacaq.

Cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq.