"Partizani" - "Qarabağ" oyunu canlı yayımda

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçiriləcək "Partizani" - "Qarabağ" oyunu canlı yayımlanacaq.

Sportline.az xəbər verir ki, görüş "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Albaniya paytaxtının "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 19:30-da başlanacaq.