Patrik Braxner uğursuzluğun səbəbini açıqladı

"Yürüş vəziyyətininin modelini məşqlərdə hazırlamağa çalışırdım və bu, yetərincə yaxşı alınırdı”.

Sportline.az xəbər verir ki, bunu Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan xizəkçi Patrik Braxner deyib.

İştirak etdiyi dağ xizəyi üzrə slalom yarışında yıxıldığı üçün finiş xəttinə çata bilməyən 26 yaşlı avstriyalı idmançı uğursuzluğun səbəbini açıqlayıb. O, yarış ərəfəsində yoluxduğu qrip infeksiyasının bir neçə gün məşq edə bilməsinə imkan vermədiyini vurğulayıb: "Əks halda, qarın mövcud şəraitinə daha yaxşı uyğunlaşa bilərdim. Mənim startımı "Top-30”da yer alan digər idmançılarla müqayisə etsəniz, müsbət nəticə əldə etmək imkanımın olduğunu görə bilərsiniz”.

Braxner uğursuluğa rəğmən, yarışın onun üçün yetərincə maraqlı təcrübə olduğunu və çox şey öyrəndiyini söyləyib. O, bundan sonra karyerasını davam etdirməklə bağlı suala belə cavab verib: "Heç vaxt "heç vaxt” demə. Hazırkı anda formamdan razıyam”.

Qeyd edək ki, Patrik Braxner 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edib.