Pau Torres İspaniya nəhənginə transfer ola bilər
“Barselona” “Aston Villa”nın mərkəz müdafiəçisi Pau Torresi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu yanvar ayında “Aston Villa”ya rəsmi təklif göndərməyi planlaşdırır.
Hans Flik bu keçidin reallaşması üçün əlindən gələni edəcək.
Qeyd edək ki, Pau Torresdə “Barselona”ya keçməyə istəklidir.