Pavlidis İstanbul nəhənginə keçə bilər
İstanbulun "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, bu barədə Portuqaliya mediası məlumat yayıb. Xarici KİV Türkiyə təmsilçisinin "Benfika"nın hücumçusu Vangelis Pavlidisin xidmətində maraqlı olduğunu yazıb. "Beşiktaş"ın yunan əsilli hücumçu üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Portuqaliya mediası "Benfika"nın bu təklifə isti baxmadığını yazıb. Xarici KİV-in iddiasına görə, Portuqaliya klubu Pavlidis üçün ən azı 50 milyon transfer haqqı tələb edir.
Qeyd edək ki, Vangelis Pavlidis bu mövsüm "Benfika"nın heyətində 60 oyuna çıxıb. O, 30 qol vurub və 6 məhsuldar ötürmə verib.