Payet Fransada

"Vest Hem"in və Fransa millisinin üzvü Dimitri Payet karyerasını vətənində davam etdirəcək. SportLine.az xəbər verir ki, futbolçu "Marsel"lə razılığa gəlib. Klubun yaydığı məlumata görə, D.Payet qarşıdakı 4,5 ildə Fransa təmsilçisinin şərəfini qoruyacaq. 

Bu transfer üçün "Marsel" İngiltərə təmsilçisinə 25 milyon funt stelinq təzminat ödəyəcək.

Qeyd edək ki, D. Payet bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda 2 qol vurub və 6 qolun ötürməsini verib.