Pedro futbol tarixində Messi və Ronaldonun etmədiyi unikal rekordunu qoruyur
İspaniyalı futbolçu Pedro Rodrigez futbol tarixində həm klub, həm də milli komanda səviyyəsində ən nüfuzlu altı turniri qazanan yeganə oyunçu olaraq qalır.
Sportline.az “One Football" nəşrinə istinadən xəbər verir ki, Pedronun indiyədək çempionluq sevinci yaşadığı bütün turnirlər bunlardır:
UEFA Çempionlar Liqası
UEFA Avropa Liqası
UEFA Superkuboku
Klublararası Dünya Çempionatı
Avropa çempionatı (EURO)
FİFA Dünya Çempionatı
Beləliklə, Pedro bu altı mötəbər titulu karyerasında qazanan futbol tarixinin yeganə oyunçu statusunu hələ də qoruyur.