Pekin-2022: Azər Əliyev atletlər kəndində

Pekin-2022 Qış Olimpiya Oyunları üçün Çinə səfər edən Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev atletlər kəndini ziyarət edib.

Sportline.az xəbər verir ki, MOK rəsmisi səfər zamanı idmançıların şəraiti ilə tanış olub.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.