Pekin-2022: Azərbaycan təmsilçisi qısa proqramda 18-ci olub
Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqram yarışı başa çatıb.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi Vladimir Litvintsev 29 idmançı arasında 84,15 xalla 18-ci olub.
21 yaşlı idmançı "24-lüy"ə düşməyi bacarıb və fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyən edilir. ABŞ təmsilçisi Vincent Zhou müəyyən qeyri-müəyyən səbəbdən yarışda iştirak etməyib.
Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.