Pekin 2022: İdmançımızın yekun mövqeyi bilindi
Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabovanın final mərhələsindəki yekun mövqeyi bəlli olub.
Sportline.az xəbər verir ki, 19 yaşlı idmançı yarışı 179,97 xalla 15-ci pillədə başa vurub.
Ryabova sərbəst proqramda 118,15 xala, qısa proqramda isə 61,82 xala layiq görülüb.
Olimpiya çempionluğunu 255,95 xalla Rusiya Olimpiya Komitəsini (OKR) təmsil edən Anna Şerbakova qazanıb. Onun həmyerlisi Aleksandra Trusova (251,73) ikinci, yaponiyalı Kaori Sakamoto (233,13) üçüncü olub. Digər OKR təmsilçisi Kamilə Vəliyeva isə 224,09 xalla 4-cü yeri tutub.