Pekin 2022: Təmsilçimiz 18-ci oldu

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevin final mərhələsindəki yekun mövqeyi bəlli olub. 

Sportline.az xəbər verir ki, 21 yaşlı idmançı yarışı 239,19 xalla 18-ci pillədə başa vurub. 

Litvintsev sərbəst proqramda 155,04 xal, qısa proqramda isə 84,15 xala layiq görülüb. 

Olimpiya çempionluğunu 332,60 xalla ABŞ-ı təmsil edən Netan Çen qazanıb. Yaponiyalı Yuma Kaqiyama (310,05) ikinci, onun həmyerlisi Uno Şoma (293,00) üçüncü olub.