Pep Qvardiola gələcəkdə “Barselona”ya qayıda bilər

"Barselona" klubunun sabiq baş məşqçisi Pep Qvardiyola gələcəkdə yenidən Kataloniya təmsilçisinə qayıtmaq istəyini ifadə edib.

Sportline.az  "The Futbol Time 90" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hazırda komandaya rəhbərlik edən Hansi Flikə böyük hörmət bəsləyir və alman çalışdırıcının layihəsinə müdaxilə etmək niyyətində deyil.

Qvardiola klub prezidenti Joan Laportaya bildirib ki, əgər gələcəkdə Flik komandadan ayrılarsa, o, “Barselona”nın baş məşqçisi postuna qayıtmağa hazırdır.

Bu gerçəkləşəcəyi təqdirdə, Qvardiolanın dönüşü “Barselona” azarkeşləri üçün böyük hadisəyə çevrilə bilər. Futbol tarixinin ən uğurlu mütəxəssislərindən biri hesab olunan 55 yaşlı çalışdırıcının klubun gənc ulduzları – Pedri, Lamin Yamal və Pau Kubarsí ilə işləməsi böyük maraq doğurur.

Qeyd edək ki, Qvardiola 2008–2012-ci illərdə “Barselona”ya rəhbərlik edib və bu müddətdə klubla bir sıra tarixi uğurlara imza atıb.

Banner