Pep Qvardiola türkiyəli futbolçunu transfer etmək istəyir
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülerin transferini rəhbərliktən tələb edib.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.
Arda Gülerin "los blankos"a sözləşməsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, 20 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 17 matçda 4 qol, 7 asistlə yadda qalıb.