Pep Qvardiola: “Zədələrin olması məni narahat edir”
“Mançester Siti”nin ispanyalı çalışdırıcıs Pep Qvardiola zədəli futbolçular haqqında danışıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis mətbuat konfransı zamanı bu fikirləri səsləndirib;
“Mənə sadəcə oyunçularımı geri qaytarın və nələrin baş verəcəyini görün. Zədəli oyunçularımız çoxdur. Bunların olması məni narahat edir. Zədəli futbolçuların nə zaman qayıdacağı bəlli deyil. Bunu zamanla görəcəyik”, - deyə Qvardiola bildirib.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasında 23 xalla 3-cü pillədə yer alır.