Pepe "Fənərbağça"ya transfer ola bilər

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Porto"nun brazilyalı futbolçusu Pepenin transferini rəhbərliktən tələb edib.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu Pepenin transfer qiymətini 25 milyon avro olaraq təyin edib.

Lakin "Fənərbağça" 28 yaşlı futbolçu üçün 15 milyon avro ödəmək niyyətindədir.

Qeyd edək ki, hər iki klub arasında danışıqlar davam edir.