Pepe "Real Madrid"ə qayıdır
Joze Mourinho “Real Madrid” klubu ilə UEFA Çempionlar Liqasını qazanmağı əsas hədəf kimi müəyyənləşdirib.
Sportline.az xəbər verir ki, məhz bu məqsədlə portuqaliyalı mütəxəssisin klubdan gələn baş məşqçi təklifini qəbul etdiyi bildirilir. Məlumata görə, “Real Madrid”in sabiq futbolçusu Pepe də Mourinyonun məşqçi heyətində yer alacaq. Onun komandada köməkçi məşqçi kimi fəaliyyət göstərəcəyi iddia olunur.
Qeyd edək ki, “Real”ın prezidenti Florentino Peres seçkilərdə qələbə qazanıb və o, Joze Mourinyonun yenidən “Real Madrid”in baş məşqçisi olacağını açıqlayıb.