Perez yenidən "Real Madrid"in prezidenti seçildi

 "Real Madrid" klubunda prezident seçkiləri keçirilib.

Sportline.az xəbər verir ki, Madrid təmsilçisinin üzvləri klubun növbəti prezidentini müəyyənləşdirmək üçün səsvermədə iştirak ediblər.

Seçkidə hazırkı prezident Florentino Perez ilə iş adamı Enrike Rikelme mübarizə aparıb.

Florentino Perez səsverməni qalib başa vurub. O, səslərin 66.53 faizini toplayıb.