Pərviz “Survivor”dan belə getdi

TV8 ekranlarında yayımlanan “Survivor” yarışmasında bu həftə ada ilə vidalaşan iştirakçının adı bəlli olub.

Sportline.az xəbər verir ki, SMS səsverməsinə çıxan “Məşhurlar” komandasının üzvü, kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev uduzub.

Qeyd edək ki, bazar günü keçirilən seçimdə Pərviz və Ezgi SMS səsverməsinə namizəd göstərilmişdi. Ancaq Ezgi ilə Aycan daha sonra həftənin ən yaxşı iştirakçısı seçildiyindən səsverməyə çıxacaq namizədlərin adı dəyişmişdi. Belə ki, Aycan Merti, Ezgi isə Ersini namizəd göstərmişdi.