Postekoğlunun yerinə namizədlər bilindi
Uğursuz oyunlar "Tottenhem"in baş məşqçisi Angelos Postekoğlunun kürsüsünü laxladıb.
Sportline.az xəbər verir ki, artıq onun yerinə namizədlərin də adları bilinməkdədir.
"The Telegraph" agentliyinin yaydığı məlumatlara görə "Bornmut"un çalışdırıcısı Andoni İraola və "Fulhem"in baş məşqçisi Marku Silva bu posta ən real namizədlər sayılır.
"Tottenhem"in çalışdırıcısını yalnız Avropa Liqasını qazanmaq xilas edə bilər.
Əks halda yunan mütəxəssislə yollar ayrılacaq.
Qeyd edək ki, London klubu 29 oyundan 34 xalla Premyer Liqanın 14-cü pilləsində yer alır.