Petrov üçün "28"
“Neftçi”nin yeni transferi Kirilo Petrovun komandasında ilk seçimi bəlli olub. SportLine.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, ukraynalı futbolçunun hansı nömrə ilə çıxış edəcəyi aydınlaşıb.
Belə ki, 26 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində meydana 28 nömrəli futbolka ilə çıxacaq.
Qeyd edək ki, bu gün Antalyaya yollanan Petrov “Neftçi” ilə 1,5 illik müqaviləyə qol çəkib.