“Piza”da ayrılıq yaşanıb

İtaliyanın “Piza” klubu baş məşqçisi Alberto Cilardinonu vəzifəsindən azad edib.

Sportline.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarışın autsayderi olan klub rəhbərliyi Cilardinonun işindən məmnun qalmayıb.

İtaliya millisinin keçmiş üzvü 2025-ci ilin yayından etibarən “Piza”nı çalışdırırdı.