Poçettino "Real"a gəlir?

Argentinalı Maurisio Poçettino "Real"ın baş məşqçisi vəzifəsində Alvaro Arbeloanı əvəz edəcək namizədlər arasında yer alıb.

Sportline.az xəbər verir ki, 54 yaşlı Poçettinonu "Real"ın prezidenti Florentino Peres yüksək qiymətləndirir.

Poçettino hazırda ABŞ milli komandasının baş məşqçisidir və onunla birlikdə 2026-cı il Dünya çempionatında iştirak edəcək.

"Real" (63 xal) hazırda İspaniya liqasında lider "Barselona"dan dörd xal geridə qalaraq ikinci yerdədir.