Podolski bu qərarı ilə təəccübləndirdi

Polşa əsilli almaniyalı futbolçu Lukas Podolski yağlı güləşin baş pəhləvanı Ali Gürbüzlə güləşmək qərarına gəlib.
 
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Bu ideya “Antalyaspor”un prezidenti Ali Şafak Öztürkdən gəlib. O, ulduz futbolçunun zədələnməsindən qorxduqlarını etiraf etsə də, bu görüşü təşkil edəcəklərinə söz verib.
 
Duelin koronavirus pandemiyası başa çatdıqdan sonra baş tutacağı bildirilib. 34 yaşlı forvard özü də açıqlamasında bunu işarə edib: "Ali Gürbüz bir az gözləsin. Bir-birimizə toxuna bilmədiyimizdən onu məğlub etməyim üçün pandemiyanın bitməsi lazımdı".
 
Qeyd edək ki, "Antalyaspor"dan əvvəl Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Podolski sözügedən ölkədə sumo güləşi ilə də məşğul olub.