Pol Poqba "Mançester Yunayted"də
"Yuventus"un fransalı futbolçusu Pol Poqbanın "Mançester Yunayted"ə keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, transferin reallaşması üçün "qırmızı şeytanlar" "qoca sinyora"ya 105 milyon avro ödəməyə razılıq veriblər. İngilis klubu bu məbləğin 72.6 milyon avrosunu bu il, qalan məbləği isə gələn il ödəyəcək.
Bununla da, 23 yaşlı yarımmüdafiəçi futbol tarixinin ən bahalı transferi olub.
Poqba yeni klubu ilə 5 illik müqaviləyə qol çəkib. Tərəflər arasındakı anlaşmaya əsasən, əgər 5 ildən sonra Poqba yeni müqavilə bağlasa və ya bu müddət ərzində başqa kluba 50 milyon avrodan baha qiymətə satılsa, “Yuventus” daha 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Pol Poqba “Yuventus”a 2012-ci ildə məhz “Mançester Yunayted”dən keçib.