Polşa - Azərbaycan oyununun hakimləri açıqlandı

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində keçiriləcək Polşa - Azərbaycan oyununun hakimləri müəyyənləşib. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Estoniya və Latviyadan olan hakimlər idarə edəcək: Yaqnar Yakobson (Estoniya) 1-ci, İnqus Purins (Latviya) 2-ci, Qriqori Oşomkov (Estoniya) 3-cü hakim kimi iş başında olacaq.

Qeyd edək ki, sözügedən görüş martın 7-də, Bakı vaxtı ilə saat 23:00-da, Koszalin idman zalında keçiriləcək.