Poqba karantini belə keçirir

"Mançester Yunayted"in futbolçusu Pol Poqba karantin şəraitində məşq edir.
 
Sportline.az xəbər verir ki,  "Yuventus" formasında görüntülənən futbolçu, Blez Matyuidi ("Yuventus") və Albin Ekdal ("Sampdoriya") başda olmaqla, koronavirus pandemiyasından əziyyət çəkən insanlara yardım etmək üçün belə addım atdığını bildirib. Fransız futbolçu instaqram hesabında bu barədə paylaşım edib:
 
"Evdə dostum Viktor Lindelöflə birlikdə məşq edirəm. Bilirəm, aranızdakı bəzi "ağıllı"lar "Yuventus" forması geyinməyimi qabardacaqlar. Sadəcə, koronavirusdan əziyyət çəkən dostlarımı dəstəkləyirəm. Başqa yerə yozmayın".
 
Daha əvvəl Poqbanın "Mançester Yunayted"dən ayrılmaq və "Yuventus"a qayıtmaq istədiyinə dair xəbərlər yayılmışdı.
 
 
 
 
 
İtaliyada koronavirusa yoluxanların sayı 30 mini keçib. Ölkədə infeksiya səbəbindən 2 500-dən çox insan dünyasını dəyişib.