Poqba rəsmən Fransa klubunda

"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın qardaşı Florentin Poqbanın Fransanın 2-ci liqa təmsilçisi "Soşo"ya keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, F. Poqbanın son klubu MLS təmsilçisi "Atlanta Yunayted" olub.