"Porto" "Barselona"nın futbolçusuna elçi düşüb

"Barselona"nın ispaniyalı futbolçusu Pablo Torre klubdan ayrılacaq.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Porto" P.Torre üçün Kataloniya klubuna rəsmi təklif göndərib.

21 yaşlı futbolçunun hazır ki dəyəri 10 milyon avrodur.

Qeyd edək ki, Pablo Torre cari mövsüm çıxış etdiyi 12 matçda 4 qol və 3 asistlə yadda qalıb.

Onun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.