"Porto" "Barselona"ya təklif göndərib

"Porto" Roni Bardci üçün "Barselona"ya rəsmi təklif göndərib.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu bu təklifi rədd edib.

20 yaşlı sağ cinah vingeri klubda qalacaq.

Qeyd edək ki, R.Bardci bu mövsüm meydana çıxdığı 14 matçda 2 qol, 4 asistlə yadda qalıb.