"Porto" "Ştutqart"ı qəbul edir
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
Sportline.az xəbər verir ki, "Porto" Estadio Draqao"da "Ştutqart"la münasibətlərini aydınlaşdıracaq.
Portuqaliya təmsilçisində Nehuen Perez, Luk De Yonq və Samuel Aqhehova zədədən əziyyət çəkir.
Almaniya klubunda Badredine Bounani, Vaqnoman, Castin Dayl, Dan Aksel-Zaqadu və Lazar Yovanoviç baş məşqçi Sebastien Höennenin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Porto" - "Ştutqart" qarşılaşması bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Görüşün ədalət təmsilçisi ingiltərəli Entoni Teylor olacaq.