“Porto” yeni transferini açıqlayıb

"Nitsa"nın dominikli futbolçusu Pablo Rosario karyerasını "Porto"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Porto" bu keçid üçün qarşı tərəfə 3.75 milyon avro ödəyəcək.