"Porto"nu "Çelsi"yə dəyişə bilər
"Çelsi" yayda "Porto"dan Samuel Aqhehovanı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
21 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 31 matçda 20 qol, 1 asistlə yadda qalıb.
Qeyd edək ki, S.Aqhehovanın dəyəri 50 milyon avrodur.