"Porto"nu "Tottenhem"ə dəyişə bilər

"Tottenhem" klubu yeni mərkəz hücumçusu axtarışına çıxıb.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Porto"nun forvardı Samuel Aqhehova London klubunun əsas transfer hədəfidir.

21 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 15 matçda rəqib qapılarından 11 top keçirib.

Qeyd edək ki, S.Aqhehovanın Portuqaliya klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.

"Tottenhem" bu keçid üçün qarşı tərəfə 110 milyon avro ödəməyə hazırdır.