"Porto"nun oyununda faciənin qarşısı alındı, azarkeşlər təxliyə olundular
Portuqaliya Premyer Liqasında keçirilən "Eştoril" - "Porto" matçında azarkeşlər çətin vəziyyətlə üzləşiblər.
SportLine.az xəbər verir ki, oyunun keçirildiyi "Antoio Koimbra da Mota" arenasında tribunalardan birində çökmə təhlükəsi yaranıb. Tribuna dərhal boşaldılıb.
Azarkeşlərin meydana daxil olması görüşün yarımçıq dayandırılması ilə nəticələnib.
Qeyd edək ki, meydan sahibləri Eduardonun vurduğu qolla 1:0 hesabı ilə öndə olublar.