Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Bakıya gəlişi ilə bağlı paylaşım edib
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Luiş Nani Bakıya gəlişi ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, o, paytaxtda çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib