Portuqaliyalı futbolçu bu gün "Beşiktaş" üçün İstanbula gələcək

"Beşiktaş"ın "Benfika"dan heyətinə qatdığı Joao Mario bu gün Türkiyəyə gələcək.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb. Klubdan verilən açıqlamada 31 yaşlı futbolçunun transfer danışıqlarını tamamlamaq üçün bu gün 18:50 İstanbulda olacağı bildirilib. 

"Porto"nun yetirməsi olan Joao Mario daha sonra "Sportinq" və "Benfika"nın da formasını geyinib.

Karyerası ərzində 441 oyuna çıxan portuqaliyalı yarımmüdafiəçi bu görüşlərdə 61 qol və 84 asistlə yadda qalıb.

Qeyd edək ki, Joao Mario "Beşiktaş"ın yay transfer pəncərəsində 8-ci transferi olub. "Ağ-qaralar" daha əvvəl İmmobile, Rafa Silva, Feliks Udokai, Can Keleş, Şer Endur, Qabriel Paulista və Emrihan Topçunu heyətinə qatıb.